SON XƏBƏRLƏR

İran Həmid Nurinin azadlığa buraxılmasını tələb edir

2023.07.01, 15:20
İran Həmid Nurinin azadlığa buraxılmasını tələb edir

İranın Məhkəmə Hakimiyyətinin Beynəlxalq Əlaqələr Şöbəsinin müavini Kazım Qərib Abadi minlərlə siyasi aktivistin öldürülməsində əli olduğuna görə İsveçdə ömürlük həbs cəzası almış Həmid Nurinin azadlığa buraxılmasını tələb edib.

Gunaz.tv

“Biz İsveç rəsmilərinə demişik ki, Nuri üçün bircə seçim ona bəraət verilməsi və İrana qayıtmasıdır"-Həmid Nuri belə deyib.

Qeyd edək ki, Həmid Nuri 1988-ci ildə minlərlə siyasi məhbusun kütləvi edam olunmalarında əli olduğuna görə ittiham olunub və İsveçdə ömürlük həbs cəzası alıb.

İsveçin məhkəmə sistemi “Dünya üzrə Cəza Səlahiyyəti” prinsipnə istinad edərək Həmid Nurini mühakimə edib. 

“Dünya üzrə Cəza Səlahiyyəti” beynəlxalq hüquq prinsipi olaraq “inasanlara qarşı böyük cinayətlər törədən şəxslərə” şamil olunur.  

Həmid Nuri  həmin edam cinayətləri üzrə mühakimə olunmuş ilk şəxsdir. 

Qeyd edək ki, 1988-ci il edamlarında hardasa 5 min siyasi məhbus İranda öldürülüb.

Onların çoxu həmin ildə artıq mühakimə olunub həbs edilənlər, bəziləri isə həbs müddəti bitmiş və azad olunmalı məhbuslar olub. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar