SON XƏBƏRLƏR

İranda qum fırtınası nəticəsində 403 nəfər xəstəxanalıq oldu

2023.07.04, 14:56
İranda qum fırtınası nəticəsində 403 nəfər xəstəxanalıq oldu

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası ilə əlaqədar 400-dən çox insan xəstəxanalara müraciət edib.

Gunaz.tv

Yarı rəsmi Tesnim Xəbər Agentliyinin məlumatına görə, küləyin sürətinin 104 kilometrə çatdığı bölgədə havada tozun miqdarında ciddi artım var.

Sistan-Bəlucistan Fövqəladə Hallar Başçısı Mecid Muhibbi, "120 günlük küləklər ərzində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 403 nəfər xəstəxanalara müraciət edib. 

Onlardan 70-i xəstəxanaya yerləşdirilib. 333 nəfər ambulator müalicə alıb” dedi.

Bildirilir ki, havada tozun miqdarının artması səbəbindən Zehekdə görmə məsafəsi 500 metrə, Zabulda isə 2 kilometrə qədər azalıb.

Sistan-Bəlucistan əyalətində ötən ay fırtına səbəbindən 6 gündə 1191 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb. (turkustan)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar