SON XƏBƏRLƏR

Amerika İranın neft tankerlərini ələ keçirməsinin qarşısını alıb

2023.07.06, 12:20
Amerika İranın neft tankerlərini ələ keçirməsinin qarşısını alıb

Amerikanın dəniz qüvvələti Oman dənizinin beynəlxalq sularında İranın 2 neftdaşıma ticarət gəmisini saxlamaq cəhdinin qarşısın alındığını bildirib.

Gunaz.tv

“İranın Dəniz Qüvvələrinin "Riçmond Voyecer" gəmisinə bir neçə dəfə səbəbsiz atəş açması və "TRF Mass" gəmisinə müdaxiləsi beynəlxalq qanunların pozulmasıdır və bölgədə təhlükəsizliyi və marşrut hərəkətini pozur"-Amerikanın Mərkəzi Komandanlıq Qərargahının komandiri Maykl Kurilla İranın bu həmləsi barədə deyib.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası da bildirib ki, Orta Şərqdə öz müttəfiqləri ilə birgə İranın bu təcavüzlərinə lazımı cavabı verəcəklər.

Qərargah həmçinin  bildirib ki, neft gəmisindən mesaj alaraq "USS Mak Fall" döyüş gəmisi olay yerinə yaxınlşan kimi İran gəmisi uzaqlaşıb.

İran gəmisinin atəşi nəticəsində neft gəmisi ciddi xəsaərt alamyıb.

Lakin mərmilər gəmi heyətinin qaldığı yerlərə dəyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar