SON XƏBƏRLƏR

Güneyli idmançı barədə ağır həbs qərarı çıxarıldı

2023.07.06, 12:12
Güneyli idmançı barədə ağır həbs qərarı çıxarıldı

İran Ali Məhkəməsi 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı həbs edilən Güney azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadə barədə çıxarılan 6 il həbs və 10 il sürgün qərarını təsdiq edib.

Gunaz.tv

Bu barədə Səhəndin vəkili Hamid Əhmədi məlumat verib.

Vəkil çıxarılan qərarın İran Məhkəməsinin Hökmlərin İcrası İdarəsinə göndərildiyini və ondan şikayət verməyin mümkün olmayacağını bildirib.

Qeyd edək ki, Səhənd Nurməhəmmədzadı 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 6 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzası ilə dəyişdirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar