SON XƏBƏRLƏR

Təyyarə qurbanlarının ailələri İranın Haaqa məhkəməsinə verilməsini alqışlayıb

2023.07.06, 15:53
Təyyarə qurbanlarının ailələri İranın Haaqa məhkəməsinə verilməsini alqışlayıb

Ukrayana sərnişin təyyarəsinin PS752 Reysi Qurbanlarının Ailələri Assosiyasiyası İranın Haaqa Məhkəməsinə verilməsini alqışlayıb.

Gunaz.tv

Ailələr bunun olayla bağlı həqiqətlərin aşkarlanması üçün önəmli bir hərəkət olduğunu qeyd edib.

Onlar  həmçinin Federal Polisdə bu barədə işin açılmasını və SEPAH-ın terrorçu qruplar siyahısına salınmasnı tələb ediblər.

“Ukrayna sərnişin təyyarəsinin Tehran səmasında vurulmasından 40 ay ötür. İran hökuməti 177 nəfəri öldürdü, cəsədlərinə sayğısız yanaşdılar, baqajlarını oğurladılar.

3 gün ərzində yalan danışdılar və nəhayət açılmış işə baxmağa səlahiyyəti çatmayan məhkəmə dövləti duruya çıxarmaq üçün adı və vəzifəsi müəyyən olmayan bir məmur sadəlövhlük və əmrdən yayınma ittihamı ilə 10 il azadlıqdan məhrum edildi.

Assosiyasiya müstəqil olaraq Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etsə də, 4 zərərçəkmiş ölkənin Beynəlxalq Ədalət Məhkəməsinə verdikləri şikayəti alqışlayır və onların yanında olduğunu bildirir"-təyyarə qurbanlarının ailələri yaydığı bəyanatda bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar