SON XƏBƏRLƏR

Zahidanda polis bölməsinə bombalı hücum: Zabit öldürüldü

2023.07.08, 10:49
Zahidanda polis bölməsinə bombalı hücum: Zabit öldürüldü

İyulun 8-i səhər saatlarında İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində naməlum şəxslər polis bölməsinə silahlı basqın edib.

Gunaz.tv

Bu barədə İran mediası xəbər yayıb. Məlumata görə, hadisə səhər saatlarında baş verib.

Zahidan şəhərinin prokuroru Mehdi Şəmsin verdiyi məlumata görə, bölməyə hücum edənlərdən ikisi intiharçı olub.

Onların üzərində partlayıcı maddələr varmış.

Prokuror  rəsmi dövlət mediasına verdiyi açıqlamada bildirib ki, basqınçılar partlayıcı maddələri işə salaraq polis zabitini öldürüb.

O, hadisə ilə bağlı əlavə məlumat veriləcəyini bildirib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar