SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı aksiya keçirilib

2023.07.10, 11:46
Urmu gölü ilə bağlı aksiya keçirilib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Urmu gölü ilə bağlı aksiya keçirilib.

Gunaz.tv

Milli-mədəni fəallar şəhərin bir çox bölgələrində Urmu gölünün fotoları əks olunan poster yapışdırıblar.

Posterlərin üzərində Urmu gölünün acınacaqlı vəziyyətini ifadə edən "Bizi çağırır, səsini eşidirsən susuzam deyir" məzmunlu ingilis və Azərbaycan dillərində yazılar yazılıb.

Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Hazırda gölün 90%-dən çox hissəsi quruyub və hökumətin bərpa işləri ilə bağlı verdiyi vədlər və apardığı təbliğat özünü doğrultmayıb.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar