SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədiyə qarşı yeni cinayət işi açılıb

2023.07.12, 10:24
Nərgiz Məhəmmədiyə qarşı yeni cinayət işi açılıb

İran məhkəməsi hazırda Tehranın Evin həbsxanasında saxlanılan güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə qarşı son 6 ayda 5-ci dəfə olaraq yeni cinayət işi açıb.

Gunaz.tv

Bu barədə Məhəmmədinin adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ona qarşı sonuncu şikayət Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən edilib və Nərgiz Məhəmmədinin Evin həbsxanasında siyasi fəaliyyətlərlə məşğul olduğu bildirilib.

"Ardıcıl cinayət işləri açmaq, təzyiq və təhdidlə məni susmağa məcbur edə bilməyəcəksiniz",- Məhəmmədi həbsxanadan verdiyi bəyanatda bildirilib.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin zindanında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar