SON XƏBƏRLƏR

Amerika Qələm Assosiasiyası iranlı reperin azadlığını tələb etdi

2023.07.12, 13:39
Amerika Qələm Assosiasiyası iranlı reperin azadlığını tələb etdi

Amerika Qələm Assosiasiyası iranlı etirazçı reper və müğənni Tumac Salehiyə verilən cəzanı vəhşilik adlandırıb və onun azadlığa buraxılmasını tələb edib.

Gunaz.tv

Salehinin ötən ilin noyabrından bəri təkadamlıq kamerada saxlanmasına və işgəncələrə məruz qalmasına toxunan bu assosiasiya İranı ifadə azadlığı baxımından dünyanın ən pis yerlərindən biri adlandırıb.

Bəyanatda 2022-ci ilin oktyabrında “yer üzündə fəsad yaymaq” ittihamı ilə həbs olunanreperin ağır işgəncələrə məruz qaldığı və bir müddət əvvəl təkadamlıq kameradan ümumi tipli həbsxanaya köçürüldüyü qeyd edilib.

"Salehiyə verilən ağır hökm İran hakimiyyətinin qəddar əməllərinin bariz nümunəsidir. Musiqiçilərin sırf yaradıcı və sərbəst ifadələrinə görə təqib edilməsi yolverilməzdir”,- Amerika Qələm Assosiasiyasının Təhlükədə olan Sənətçilərin Əlaqələndirmə Layihəsinin direktoru Juli Turbo bildirib.

Qeyd edək ki, bununla yanaşı Birləşmiş Ştatların Dövlət Departamenti də, iranlı reper Tumac Salehiyə 6 il 3 ay həbs cəzasının verilməsini ədalətsiz adlandırıb və bunu İran rejiminin öz fikirlərini ifadə etməyə cəsarət edənləri sıxışdırmaq və qorxutmaq üçün davamlı səylərinin təzahürü hesab edib.

Dövlət Departamenti Tumac Salehinin və haqsız yerə həbs edilən bütün siyasi məhbusların dərhal azad edilməsini tələb edib.

Qeyd edək ki, müğənni, reper Tomac Salehi etirazçılara dəstək məqsədilə oxuduğu mahnılarına görə 2022-ci il oktyabrın 30-da İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

İran məhkəməsi onun barəsində edam hökmü çıxarsa da, işinə yenidən baxılıb və etirazçı reperin ölüm hökmü 6 il 3 ay həbs cəzası ilə dəyişdirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar