SON XƏBƏRLƏR

İranda süd məhsulları növbəti dəfə kəskin bahalaşdı

2023.07.14, 14:39
İranda süd məhsulları növbəti dəfə kəskin bahalaşdı

İranda ərzaq məhsullarının qiymətinin artım tempi, süd və süd məhsullarının istehlakının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.

Gunaz.tv

Süd Sənayesi Assosiasiyasının sözçüsü Məhəmməd Rza Bənitabanın sözlərinə görə, ilkin hesablamalara əsasən, subsidiyaların ləğvindən və qiymət artımından sonra İranda süd məhsullarının istehlakı 20 % azalıb.

Bu barədə “Pak” pasterizə edilmiş süd zavodunun baş direktoru Əli Əbdi də bildirib ki, süd məhsullarının qiymətinin 80% artması ilə bu məhsullara tələbat da 20% azalma qeydə alınıb.

Qida çatışmazlığı, süd və süd məhsullarının istehlakının olmaması böyüklərin sağlamlığına mənfi təsir göstərməklə yanaşı, gələcək nəsil üçün də yeni risklər yaradır

Qida və Dərman Təşkilatının Qida və İçkilər üzrə Baş direktoru Fəramərz Xudaiyan uşaqların süd məhsullarından istifadə edə bilməməsi ilə bağlı xəbərdarlıq edib.

“Beş yaşa qədər uşaqların təxminən 22%-i qida çatışmazlığı səbəbindən inkişafdan geri qalır”,- o bildirib

O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi son statistikaya əsasən, İranda süd istehlakı beynəlxalq orta statistikadan 35% azdır.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar