SON XƏBƏRLƏR

İranda dörd məhkum edam edildi

2023.07.14, 17:17
İranda dörd məhkum edam edildi

İranın İlam və Ciroft şəhərlərinin həbsxanalarında daha dörd məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məhkumların narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqlarını bildiriblər.

Qeyd edək ki, Cari ilin 6 ayı ərzində İranda 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.

Narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Timur 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar