SON XƏBƏRLƏR

Xoyda məcburi evləndirilən yeniyetmə qız intihar etdi

2023.07.15, 09:06
Xoyda məcburi evləndirilən yeniyetmə qız intihar etdi

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin Razi kəndində məcburi evləndirilən 15 yaşlı Rahilə Rahdari intihar edib.

Gunaz.tv

Yerli insan haqları müdafiəçilərinin verdiyi məlumata görə, yeniyetmə qız özünü asaraq canına qəsd edib.

Qeyd edək ki, İran Statistika Mərkəzinin hesabatına görə, son 6 ildə 15 yaşınadək qızlar arasında 184 minə yaxın nikah qeydə alınıb.

İran Vətəndaşlıq Qeydiyyatı İdarəsinin son statistik hesabatına görə isə 2022-ci ilin mart ayından 2023-cü ilin mart ayına kimi yüksək riskli yaş qrupu olan 10-19 yaşa qədər analar tərəfindən 69103 körpə dünyaya gətirilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar