SON XƏBƏRLƏR

"İran xalqının yanındayıq"-ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri

2023.07.15, 10:24
"İran xalqının yanındayıq"-ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendez İranda xalqların etirazlarına dəstək verib.

Gunaz.tv

“Mən fəxr edirəm ki, İranın etirazları ilə bağlı Senatın 2 saylı qətnaməsinin yekun səsverməsi ilə eyni zamanda həmkarlarım və mən qəti bəyanat verdik. İran rejimi yaralı etirazçıları qəddarcasına tutuqlayıb və edam edib.

İran xalqı dəstəyimizə layiqdir . Biz təsviredilməz zülmdən azad olmaq istəyən İran əhalisinin yanındayıq”- Robert Menendez iyulun 23-də özünün tvitter hesabında etdiyi paylaşımda yazıb.

Bir müddət əvvəl ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri bir sıra diktatura rejimlərinin Amerika vətəndaşlarını həbs edərək girov kimi ararlandığını bildirmişdi.

"Avtokratlar və diktatorlar Tehrandakı qaranlıq həbsxana kameralarından tutmuş, Rusiya Kəşfiyyat Təşkilatının Moskvadakı həbsxanasına qədər haqsız yerə günahsız Amerika vətəndaşlarını həbs edir və onlardan girov kimi istifadə edirlər"-deyə, o, bildirmişdi.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar