SON XƏBƏRLƏR

Türkiyənin Qadın Milli Voleybol Komandası dünya çempionu oldu

2023.07.17, 09:53
Türkiyənin Qadın Milli Voleybol Komandası dünya çempionu oldu

Türkiyə Qadın Milli Voleybol Komandası Dünya Voleybol Liqasının finalında Çinin qadınlardan ibarət milli voleybol komandasına 3-1 hesabı ilə qalib gələrək çempionluq və bu yarışın qızıl medalını qazanıb.

Gunaz.tv

Qadın Voleybol Milli Komandası FIVB Millətlər Liqasının final oyununda Çinlə qarşılaşıb.

ABŞ-ın ev sahibliyi etdiyi Arlinqtonda təşkil edilən yarışda finala yüksələn “Filenin sultanları” ilk seti 25-22 hesabı ilə qazanarkən, ikinci set də eyni hesabla Çinin xeyrinə başa çatıb.

Üçüncü seti 25-19 hesabı ilə alan Türkiyə setlərdə hesabı 2-1 edib.

Türkiyə vaxtı ilə saat 01:30-da başlayan matçın son setində 25-15 hesabı ilə qalib gələn Türkiyə voleybolçuları setlərdə vəziyyəti 3-1 edib və Millətlər Liqasında çempion olub.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar