SON XƏBƏRLƏR

"Ağılsız siyasətlə iqtisadiyyatı darmadağın etmisiniz"-İqtisadçı İran hökumətinə səsləndi

2023.07.18, 13:30
"Ağılsız siyasətlə iqtisadiyyatı darmadağın etmisiniz"-İqtisadçı İran hökumətinə səsləndi

İranın tanınmış iqtisadçısı Fərşad Mömini hökumətin xalqa yönəlik “övlad çoxaltma və evlənmək” təbliğatına etirazını bildirib.

Gunaz.tv

“İnkişafa doğru hərəkət olmazsa sabitliyin pozulması və sarsıldıcı qeyri-bərabərlik yaranar.

Xarici ölkələrə zillətli asılılıq, yoxsulluq, geniş miqyaslı və ümumi fəlakət törənər. Siz xalqa hey deyirsiz ki, evlənin və mümkün qədər dünyaya çoxlu övlad gətirin. 

Bu iş boşboğazlıqla olmur. Siz ölkə iqtisadiyyatını ağılsız siyasətlərlə darmadağın etmisiniz. Siz xalqın məişətini yaxşılaşdırın, xalq öz övlad gətirmə borcunu yerinə yetirər”- deyə Fərşad Mömini hökuməti tənqid edib. 

Qeyd edək ki, İranın yüksək vəzifəliləri və rəhbəri Əli Xameneyi İran cəmiyyətinin qoclamaqda olduğunu deyib, xalqa "evlənin və dünyaya mümkün qədər çoxlu övlad gətirin" tövsüyəsini verib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar