SON XƏBƏRLƏR

İki dövlət İrana nüvə proqramı ilə tələb irəli sürdü

2023.07.20, 15:15
İki dövlət İrana nüvə proqramı ilə tələb irəli sürdü

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Ərəbistana səfərinin sonunda iki ölkə ortaq bəyanatla çıxış edib. Bəyanatda İranın nüvə proqramına da toxunulub.

Gunaz.tv

İki dövlət İrandan nüvə proqramının sülh məqsədinə sadiq qalmasını tələb edib

Həmçinin Ankara və ər-Riyad bu ölkənin Beynəlxalq Nüvə Enerjisi Agentliyi ilə əməkdaşlıq etməsinin vacibliyinə təkid ediblər. 

“Türkiyə İranla Ərəbistanın əlaqələrinin yenilənməsini alqışlayır. İnanırıq ki, bu hərəkət bölgədə sabitliyin möhkəmlənməsinə gətirib çıxaracaq.

Habelə ölkələrin hakimiyyətinə sayğı ilə yanaşılacaq və onların iç işlərinə müdaxilə edilməyəcək"-bəyanatda deyilir.

Xatırladaq ki, İran illər öncədən məzhəb ayrı-seçkiliyinin yaymaqla Əərəbistanın iç işlərinə müdaxilə etdiyindən iki ölkənin diplomatik əlaqələri dayandırılmışdı. 

Həmçinin 2016-cı ildə Ərbistanın Məşhəd və Tehrandakı səfirliklərinə nümayişçilər tərəfindən hücumlar edilmiş və bu ölkənin bayraqları və bina yandılmışdı.

Lakin bir müddətdir ki, iki ölkə əlaqələrinin bərpasına cəhd edir və diplomatik əlaqələri tam bərpa olmaq üzrədir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar