SON XƏBƏRLƏR

"İranın sərnişin təyyarələrinin çoxunun istifadə müddəti bitib"-Qulamrza Şəriəti

2023.07.21, 15:33
"İranın sərnişin təyyarələrinin çoxunun istifadə müddəti bitib"-Qulamrza Şəriəti

“Təyyarələrimizin əksəriyyəti köhnəlib və istifadə müddəti bitib. Sanksiyalar səbəbindən yenilərini idxal edə bilmirik”. Bunu İran məclisinin İnşaat və Abadlaşdırma Komissiyasının üzvü Qulamrza Şəriəti deyib.

Gunaz.tv

O, bildirib ki, istifadədə olan uçaqların sayı da azdır.

“Həmçinin sayca da təyyarə azlığı probleminə tuş gəlmişik. Əlbəttə keyfiyyət və təmir baxımdan da problemlərimiz var. Bu məsələləri ört-basdır etmək anlamsızdır. 

Başqa problemdə budur ki, təyyarə sərnişin daşıma şirkətləri biletləri bahalaşdırır. Səbəb kimi təyyarə yanacağının bahalaşmasını göstərirlər"- Qulamrza Şəriəti belə deyib.

Onun sözlərinə görə, qiymətlər reallığa uyğunlaşdırılmasa uçuş xidməti göstərən şirkətlər müflis ola bilərlər:

"Onların müflisləşməsi bütün ölkəyə ziyandır.

 Bildiyimə görə yol və nəqliyyat naziri, dövlətin himayəsi ilə bu məsələnin həll olunmasına ciddi cəhd edir”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar