SON XƏBƏRLƏR

İranda mal əti kasıblar üçün əlçatmaz olub

2023.07.25, 14:10
İranda mal əti kasıblar üçün əlçatmaz olub

“Qiymətləri fəhlələrin maaşı ilə müqayisə edəndə baha olduğuna görə İranda mal əti azgəlirli təbəqələrin süfrəsindən əskilib”. Bunu İranın “Cahan Sənət” qəzeti yazıb.

Gunaz.tv

"Azərəncümən" xəbər portalı qəzetin yazdığına istinadən bildirir ki, internetlə alış-veriş səhifələrində çeşidli mal ətinin qiyməti 20-35 manat civarındadır.

"Mal ətin qiyməti bahadır. Bu üzdən kasib ailələrin süfrəsindən mal əti  əskilib.

Əvəzinə kasıbların daha çox toyuq əti aldıqlarını müşahidə etmək olur. Lakin toyuq əti də bahalaşır. Məsul şəxslər bu barədə tədbir görməlidir”-nəşr belə yazıb.

Qeyd edək ki, İranda dolların kursu bu gün iyulun 25-də 48 000 min tümən olub.

Mal ətinin maksimum qiyməti isə 1 milyon tümən və yaxud 20 dollar təşkil edir. 

Taymaz
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar