SON XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Bəhreyn XİN-ə çağırılıb

2023.07.26, 09:30
İsveçin müvəqqəti işlər vəkili Bəhreyn XİN-ə çağırılıb

İsveçin müvəqqəti işlər vəkili Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bəhreyn Xarici İşlər Nazirliyi Stokholmun hər iki ölkədəki maraqlarını təmsil edən İsveçin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) müvəqqəti işlər vəkilini Quranın yandırılması aksiyasına etiraz notası vermək üçün çağırıb.

Bəhreyn İsveç hakimiyyətini "Stokholmun mərkəzində polis mühafizəsi altında ekstremistlərə Qurani-Kərimi yandırmağa və təhqir etməyə icazə verməkdə" qınayıb. Agentlik həmçinin nifrət və düşmənçiliyin qızışdırılmasına şərait yaradan aksiyaların keçirilməsini məhdudlaşdırmağa çağırıb. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar