SON XƏBƏRLƏR

Tarixi abidə ilə bağlı imza kampaniyası başladıldı

2023.07.28, 16:33
Tarixi abidə ilə bağlı imza kampaniyası başladıldı

Təbrizin tarixi Bağmeşə məhəlləsində yerləşən tarixi abidə  dağılmaq üzrədir.

Gunaz.tv

Bundan əvvəl İran Mədəni İrs Nazirliyi və onun yerli bölmələrinə tarixi abidənin bərpası və qorunub saxlanılması ilə müraciətlərinin cavabsız qaldığını deyən təbrizlilər abidənin xilası üçün imza kampaniyası başladıblar.

Təbrizin bələdiyyə başçısı Yəqub Huşyara ünvanlanan müraciəti aralarında onlarla tanınmış mədəniyyət və incəsənət xadimi olmaqla yüzlərlə insan imzalayıb.

Müraciətdə Təbrizin bələdiyyə başçısı Yəqub Huşyara 
abidənin tarixi və memarlıq əhəmiyyəti xatırladılıb və onun bərpa edilərək muzeyə çevrilməsi istənilib.

1892-ci ildə inşa edilən Kələntər Evinin18 avqust 2003-cü ildə 9712 qeydiyyat nömrəsi ilə İran Milli Əsərlər siyahısına salınmasına baxmayaraq, abidənin bərpası üçün heç bir iş görülməyib.

Təbrizdə Qacarlar dövrünün nadir memarlıq nümunələrindən olan abidə ciddi xəsarətlər alıb hazırda narkomanların yığınaq yerlərindən birinə çevrilib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar