SON XƏBƏRLƏR

"Azərbaycan səssiz qalmayacaq"-Savalan zirvəsində möhtəşəm Urmu aksiyası-FOTO

2023.07.29, 12:12
"Azərbaycan səssiz qalmayacaq"-Savalan zirvəsində möhtəşəm Urmu aksiyası-FOTO

Güney Azərbaycanın müxtəlif bölgələrindən olan alpinistlər diqqəti qurumaqda olan Urmu gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə çəkmək üçün maraqlı aksiya keçiriblər.

Gunaz.tv

Azərbaycanın ən hündür dağı olan Savalan zirvəsinə qalxan dağçılar orada Urmu gölünün durumunu əks etdirən baner, plakat və posterlər asıblar.

Savalan zirvəsinə qalxan alpinist və ekofəallar "Torpağımı, vətənimi məhv edib, iqtisadiyyatımı talayıbsınız.

İndi də Urmu gölünü məhv etməklə bütün Azərbaycanın məhv olmasını bayram etmək istəyirsiniz. Azərbaycan buna səssiz qalmayacaq",- yazılmış baner açıblar.

Eyni halda bir qrup güneyli alpinist də, İranın ən hündür dağı Dəmavəndə qalxaraq oxşar aksiya keçirib, "Urmu gölü susuzdur", "Save Lake Urmia" palakatları qaldırıblar.

Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar