SON XƏBƏRLƏR

Küçədə qalan evsizlərin sayı artıb-İran Rifah Təşkilatı

2023.07.29, 13:26
Küçədə qalan evsizlərin sayı artıb-İran Rifah Təşkilatı

İran Rifah Təşkilatının reabilitasiya işləri üzrə müavini Fatimə Abbasi küçədə qalan evsizlərin sayının artdığını açıqlayıb.

Gunaz.tv

F.Abbasi bu barədə İran mediasına müsaibəsində danışıb.

"Küçədə qalan evsizlərin sayı artıb. Bu insanların çoxu qocalardan və ya ruhi xəstələrdirlər. Onlara baxmağa imkanı olmayan bəzi ailələr onları küçədə qoyub gedirlər",- o, bildirib.

Fatimə Abbasi İran Səhiyyə Nazirliyinin bu şəxslərə yetərli dəstək vermədiyini söyləyib.

Onun sözlərinə görə, küçələrdə tərk edilmiş insanların əksəriyyəti yoxsul və aztəminatlı təbəqəyə mənsub şəxslədirlər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar