SON XƏBƏRLƏR

"Urmu gölünün bərpası üçün heç bir iş görülmür"-Millət vəkili

2023.07.31, 13:49
"Urmu gölünün bərpası üçün heç bir iş görülmür"-Millət vəkili

"Urmu gölünün bərpası üçün heç bir iş görülmür və dövlətin bərpa üçün heç bir planı yoxdur". Bu sözləri Marağa şəhərinin İran parlamentindəki nümayəndəsi və Urmu Gölünün Bərpası Qərargahının tədqiqat və nəzarət şurasının üzvü Əli Əlizadə deyib.

Gunaz.tv

"Gölün bərpası üçün heç bir ciddi iş aparılmır və təxəyyül gücündən istifadə edərək ekoloji problem həll olunmayacaq.

Hamı yaxşı bilir ki, milyardlarla kubmetr su əvəzində 300 milyon kubmetr su ilə Urmu gölünün xilası mümkün deyil",- güneyli millət vəkili bildirib.

Əlizadə Umu gölünün bərpası üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini söyləyib.

O, bildirib ki, hər il suyu 2 milyard kubmetri azalan gölə, hakimiyyətin Kanisib kanalı vasitəsilə 300 milyon kubmetr su buraxması gözdən pərdə asmaqdır.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar