SON XƏBƏRLƏR

İran Ukraynanın sərnişin təyyarəsini vurduğuna görə ödənişə məhkum olunub

2023.08.02, 14:17
İran Ukraynanın sərnişin təyyarəsini vurduğuna görə ödənişə məhkum olunub

Kanadanın Ontario şəhəri Ali Məhkəməsi yeni qətnamə çıxarmaqla 2020-ci ildə Ukraynanın sərnişin təyyarəsinin vurulduğunu “qəsdən” və “terror aktı” olduğunu bildirib.

Gunaz.tv

Xatırladaq ki, həmin sərnişin təyyarəsinin 08.01.2020-ci il tarixində Xomeyni adına Hava Limanından qalxaraq bir neçə dəqiqə sonra Tehranın səmasında SEPAH tərəfindən 2 raketlə vurulması nəticəsində 176 sərnişini və uçuş heyəti ölmüşdür.

 

Həlak olmuş sərnişinlərin ailələri bu barədə İranın bəzi qurumları və rəsmilərinə qarşı “terror aktı, ölüm və can xəsarəti” ittihamı ilə şikayət etmişdir. 

Məhkəmənin yeni qətnaməsinə əsasən PS752 reysində həlak olmuş 8 İran vətəndaşının ailələrinə 142 milyon Kanada dollarının kompensasiya kimi İran tərfindən ödənilməsi qərara alınıb. 

 

Açılmış işdə İranın rəhbəri Əli Xaməneyi, İranın “SEPAH” qurumu, bu ölkənin Silahlı Qüvvərləri Baş Qərargahı, həmçinin müvafiq yüksək rütbəli hərbi vəzifəlilər ittiham olunub.

 

Qeyd edək ki, PS752 reysi qurbanları üzrə üzvləri Kanada, İsveç, Britaniya və Ukraynadan ibarət Beynəlxalq Koordinasiya və Reaksiya Qrupu iyunun 8-də bəyanatla həmin işin Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyini açıqlamışdır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar