SON XƏBƏRLƏR

SEPAH komandnı yeni aksiyalar barədə xəbərdarlıq etdi

2023.08.02, 16:29
SEPAH komandnı yeni aksiyalar barədə xəbərdarlıq etdi

İran İnqilab keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami İranda yeni etiraz aksiyalarının başlayacağı barədə xəbərdarlıq edib.

Gunaz.tv

O, bunu SEPAH-a bağlı yarım hərbi “Bəsic" məsullarının konfransında deyib.

"2022-ci ilin sentyabrında başlayan ümumxalq etirazları İran hökumətinə qarşı ən güclü, ən təhlükəli, ən ciddi və ən geniş mübarizə olub",- Salami bildirib.

 SEPAH komandanı Ötənilki etiraz aksiyalarının ildönümündə etiraz dalğasının yenidən başlayacağı ilə bağlı xəbərdarlıq edərək, hökuməti önləyici tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabrın ayının 27-dən başlayan və bir neçə ay davam edən ümumi aksiyalar zamanı 600-ə yaxın insan öldürülüb, 20 min nəfər həbs edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar