SON XƏBƏRLƏR

Amerika İranın hədələrinə qarşı yeni tədbirlər görür

2023.08.04, 11:30
Amerika İranın hədələrinə qarşı yeni tədbirlər görür

Amerika Körfəzdə İranın artan hədələrinə və sabitliyi pozan hərəkətlərinə cavab olaraq, öz qüvvələrini Hörmuz Boğazından keçən ticarət gəmilərində yerləşdirə bilər. Bunu Amerikanın adları açıqlanmayan 5 rəsmisi mətbuata bildirblər.

Gunaz.tv

Onlar Assoşeyted Press xəbər agentliyinə bildiriblər ki, Pentaqon hələ bu barədə qəti qərara gəlməyib və Körfəz ölkələri ilə məsləhətləşmə aparılır.

Həmin rəsmilərdən biri bu qərarın icrası prosesinin mürəkkəb olduğunu deyib. Belə ki, hər hansı ölkənin bayrağı altında fəaliyyət göstərən gəmiyə qüvvələr yerləşdirilməsi üçün həmin ölkənin, həmçinin mülkiyyəti qeydiyyata alınmış ölkənin icazə verməsi lazım olacaq. 

Başqa bir rəsmi şəxs isə  Royter xəbər agentliyinə açıqlayıb ki, Amerika ticarət gəmilərində yerləşdirilməsi planlaşdırılan Orta Şərqdəki qüvvələrinə artıq təlimlər keçməyə başlayıb.  

Bunlara rəğmən Pentaqonun sözçüsü bu xəbər barədə fikir bildirməkdən çəkinib.

Xatırladaq ki, İran avqustun 2-də Körfəzdə SEPAH-ın Dəniz Qüvvələri tərəfindən “İqtidar NDSA” adlanan hərbi təlimlər keçirib və 1500 nəfərlik qüvvəsini  BƏƏ-nin qanuni hakimiyyəti altında olan Əbu Musa adasına yerləşdirib.

 Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar