SON XƏBƏRLƏR

Tehran şəhərində Hicab Qoruyucuları xidməti vəzifəyə başlayacaq

2023.08.07, 16:00
Tehran şəhərində Hicab Qoruyucuları xidməti vəzifəyə başlayacaq

Tehran şəhərinin Bələdiyyəsi “İrşad” Hicaba Nəzarət Xidmətinin nəzdində “Hicab Qoruyucuları” adı ilə digər hicaba nəzarət xidmətini təmin edəcək.

Gunaz.tv

"Hicab Qoruyucuları" adı ilə vəzifəyə başlayacaq xidmətdə  400 nəfər çalışacaq.  İşçilər paytaxtın metrostansiyalarında  hicaba nəzarət edəcəklər.

Tehran şəhəri Bələdiyyəsinin Mühafizə Alayı kurslar təşkil edərək  işçilərə müvafiq təlimlər keçib.

Onların səlahiyyətlərinə “şifahi xəbərdarlıq, hicabsızların və yaxşı örtünməyənlərin metroya girişlərinin qarşısını almaq, müqavimət göstərildiyi halda onları polisə təqdim etmək” daxildir.

Həmin işçilərin əməkhaqqı 12 milyon tümən təşkil edir və “işin çətinliyi” üzrə onlara müavinətlərin verilməsi də şamil edilir. 

Qeyd edək ki, bu qüvvələrə verilən əmək haqqına ayda 10 taksi və yaxud  sərnişin daşımaq üçün 1 avtobus almaq olar. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar