SON XƏBƏRLƏR

ABŞ:  "Orta Şərqdə mövcudluğumuz daimi olacaq"

2023.08.09, 10:36
ABŞ:  "Orta Şərqdə mövcudluğumuz daimi olacaq"

ABŞ Beşinci Donanmasının sözçüsü Timoti Havkins deyib ki, yüzlərlə amerikalı əsgərin Yaxın Şərqdə olması ABŞ-ın daimi mövcudluğunun müqəddiməsidir.

Gunaz.tv

Bu, bölgədəki Amerika qüvvələrini gücləndirmək və İranın ticarət gəmilərinə müdaxiləsinin qarşısını almaq planına uyğun olaraq 3 min ABŞ əsgəri və iki təyyarə daşıyan gəminin Qırmızı dənizə və bölgəyə gəlişindən sonraya təsadüf edir.

"ABŞ hər hansı problemin yaranacağı təqdirdə dərhal cavab vermək üçün bölgədə daimi qalmaq fikrindədir",- Beşinci Donanmasının sözçüsü bildirib.

Timoti Havkins yaxın günlərdə regionun təhlükəsizliyini və sabitliyini təmin etmək üçün tərəfdaşlarla birgə təlimlər, eləcə də, səhra əməliyyatları keçirəcəklərini deyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar