SON XƏBƏRLƏR

Urmu gölünün qurumasının əsas səbəbləri açıqlandı

2023.08.10, 14:20
Urmu gölünün qurumasının əsas səbəbləri açıqlandı

“Urmu Gölü üzərində arakəsmə körpüsünün salınması “Müqəddəs Müdafiə” zamanının əvvələrində Qərbi Azərbaycana hərbi sursatların daha tez çatdırılması üçün olunub". Bunu iranlı siyasətçi Məsumə İbtikar gölün qurumasının əsas səbəblərini ifşa edərək bildirib.

Gunaz.tv

Məsumə İbtikarın bu faktı açması isə həmin vaxtlarda hakimiyyətin Azərbaycan xalqını yayındırmaq məqsədilə dediyi "yolun və körpünün salınması bölgənin iqtisadiyyatının dirçəlməsinə səbəb olacaq" iddiasının yalan olduğunu sübut edir.

Qeyd edək ki, “Müqəddəs Müdafiə” İraqla İranın 1979-u ilin əvvələrində başlayan müharibəsi zamanı İranın kütləvi müdafiəyə keçməsini ifadə edir.

İbtikar “Urmu gölünün qurtarılması tələbi İran xalqının danılmaz haqqıdır.” başlıqlı  yazısında deyib: “Urmu gölünün barəsində xəbərlər və şəkillər onun ən acınacaqlı vəziyyətdə olduğunu göstərir. Gerçəklikləri deməyin  doğru bir hərəkət olduğunu, danmasının isə heç bir xeyir verməyəcəyini nəzərə alaraq göl barədə həqiqətləri yazmalı oldum.

Probelemə real yanaşmaq üçün İranın bu yarası barədə amillərə və tarixçəyə toxunmalıyam. İqlim dəyişikliyi  dünyanın probleminə çevrilib. İranda 30 illik sürəc quraqlıq barədə sübutlar olduğu bir halda, təəssüf ki, bəzi rəsmislər bu gerçəkiliyi inkar etdilər. 

Habelə onların prioritet bildikləri  siyasi məsələlər və hökumətdaxili cinahlara bağlı olmaları quraqlıqla bağlı planlaşdırma işlərinin görülməsinə mane oldu. Urmuya yaxın olan  Van gölünə  peyk görütüləri ilə baxanda aydın olur ki, bu dünya iqliminin dəyişməsi ilə bağlı bu göldə də quruma prosesi başlayıb. Amma Vanın qurumasının qarşısını alamqla bağlı tədbirlər görüldüyünə görə Urmu qədər  acınacaqlı vəziyyətə düşməyib. 

Görəsən, Urmu gölü niyə belə kədərləndirici vəziyyətə düşüb? Müxtəlif səbəblər var. Gerçəklikləri deməliyəm. 1997-ci ildə Ətraf Mühitin Qorunması Təşklatının sədri olduğum zaman gölün ortasından yol salınan  zaman mütəxəxssilər və fikir sahibləri xəbərdarlıq edirdilər ki, yolun çəkilməsi gölün dibindəki bulaqlara ciddi ziyan yetirəcək. 

Həmçinin, gölün şimal və cənub hissəsi ilə su mübadiləsinə imkan verməyəcək. Hərçənd ki,  suyun dövriyyəsi  və hidravlik axını gölün taleyini həll edirdi. Bu əsaslara baxmayaraq, yolun salınması davam etdirildi. Urmu Gölü Milli Park statusu daşıdığına görə 1980-cı ildə daxili və Aral gölü üzrə təcrübələri olan xarici ekspertlər dəvət olunaraq araşdırmalar aparıldı. 

Onlar belə qənaətə gəldilər ki, gölün idarə olunması tərzi dəyişməyincə, onun su haqqının təmini və qorunması olmayınca, quruyacaq və bölgəyə ağır nəticələr törədəcək. Ona görə də hökumətə xəbərdarlıq etdik. İlk olaraq gölə tökülən çayların yolunda vurulmuş və gölə suyun axmasının qarşısını alan bəndlərin qiymətləndirilməsinə təkid etdik.

Lakin müvafiq orqanlar bu gerçəkliyi danırdılar. Hətta düzgün məlumatın Ətraf Mühitin Qorunması Təşklatına çatmasının qarşısını alırdılar. Gölə ardıcıl nəzarət və baxışlar 2003-cü ildə Enerji, Kənd Təssərrüfatı nazirliklərinin və Ətraf Mühitin Qorunması Təşklatınının nümayəndələrinin iştirakı ilə Urmu Gölü üzrə Qərbi Azərbaycan Əyaləti İş Qrupunun təşkil olunması ilə nəticələndi. Bu barədə keçirilmiş iclaslara nəzarət üçün bir Milli İş Qrupunun da təşkil olunması qərara alındı.

Gölün durumu barədə yekun nəticələri dövlətə, Ətraf Mühit Ali Şurasına və hətta müxtəlif müvafiq idarələrə təqdim etdik. Lakin 2005-ci ildə bu barədə işlər faktiki olaraq dayandırıldı.  Əkin sektorunun hədsiz böyüməsinin cilovlanması,   əkin üzrə qeyri-elmi modellərə düzəlişlərin edilməsi və gölü təmin edən çaylardan suyun götürülməsinin qarşısını almağa heç bir plan icra edilmədi. 

Üsətə gəl,  gölün ortasından keçən yolun təkmilləşdirilməsinə təkid olundu. Lakin Ətraf Mühitin Qorunması Təşklatı buna icazə vermədi . Təkid edirdik ki, gölün üzərində hər hansı yolun salınmasına yalnız  suyun axınını  və dövriyyəsini  təmin etmək şərti ilə mümkündür. 

Lakin həmin vaxtdakı iqtidar dəyişəndən sonra bu şərt nəzərə alınmadan işlər davam etdirildi. Çoxlu xəbərdarlıqların olunduğuna görə Urmu gölü barədə bir neçə iclas keçirildi, lakin faktiki bir iş görülmədi. Nəticədə,  ildən ilə Gölün durumu daha da acı və acıncaqlı oldu.

Gölün çevrəsinə vurulmuş su anbarlarının sayı 100-ü ötdü. Xəbərdarlıqlara laqeyd yanaşmaqla bağların və əkin sahələrinin qeyri- elmi artırılması 450 min hektara yüksəldi.
 

Xatırladaq ki, Məsumə İbtikar İranda 98-ci ilin Aban ayı etirazlarında  polis qüvvələrinə atəş əmri vermiş Həsənxan Qalası (Qüds) şəhərinin qadın valisi Leyla Vasiqinin bu əmrini müdafiə etmişdir.

Lakin indi necə deyərlər “andan çox ürək yandıran dayə” kimi çıxış edərək İranda qarşıdakı İslami Şura Məclisinə növbəti seçkilərdə güney azərbaycanlıların səsini qazana bilmək məsədi ilə Urmu Gölü barədə bu açıqlamaları edir. 

Qeyd edək ki, İranda İslami Şura Məclisinə növbəti seçkilər 01.03.2024-cü il tarixində keçiriləcək.

 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar