SON XƏBƏRLƏR

İranda daha bir müəllim işdən qovuldu

2023.08.11, 16:00
İranda daha bir müəllim işdən qovuldu

İranın İlam əyalətinin Abdanan şəhərində Rəhim Daniyali adlı müəllim etiraz aksiyalarında iştirak etdiyinə görə işdən qovulub.

Gunaz.tv

Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

O, “peşəkar və inzibati işlərə zidd hərəkətlər” və “oturaq aksiyalarda, tətillərdə və qanunsuz nümayişlərdə iştirak etmək”də günahlandırılıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Onların bir çoxuna  “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar