SON XƏBƏRLƏR

Girovların buraxılması qarşılığında məbləğ ödəmək İranı mükafatlandırmaqdır

2023.08.14, 11:25
Girovların buraxılması qarşılığında məbləğ ödəmək İranı mükafatlandırmaqdır

“5 amerikalı girovun buraxılması qarşılığında İranı mükafatlandırmaq bu ölkəni daha da çox amerikalını həbs etməyə həvəsləndirməkdir.” Bunu “Val Strit jurnal” İranın zəbt olunmuş vəsaitinin buraxılmasına toxnunaraq yazıb.

Gunaz.tv

“Həbs edilmiş amerikalıların qarşılığında İranı mükafatlandırmaq bu ölkənin bədniyyətli fəaliyyətlərinin maliyyə təmini və daha da çox amerikalını həbs etməyə həvəsləndirməkdir.” 

Qəzetin yazır ki,  bir sıra Amerika rəsmilərinin fikrincə,  İrana 6 milyardan artıq vəsaitin “yalnız humanitar məqsədlər” adı ilə ödənilməsi həmin termindən insan girovluğu qarşılığında vəsait ödənilməsi razılaşmasını siyasi baxımdan əsaslandırmaq üçün  istifadə olunur.”

Xatırladaq ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi avqustun 12-də həmin məbləğlərin İrana “ancaq humanitar məqsədlər” üçün ödənildiyini deyib.

Qeyd edək ki, dünya prinsiplərinə əsasən, insan girovluğu qarşılığında oğrulara məbləğin ödənilməsi onlara  təslim olmaq anlamına gəldiyi  üçün yolverilməz hesab edilir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar