SON XƏBƏRLƏR

İranlı idmançı Şotlandiyadan İrana qayıtmaqdan imtina etdi

2023.08.15, 10:26
İranlı idmançı Şotlandiyadan İrana qayıtmaqdan imtina etdi

Avqustun 12-i axşam saatlarında Şotlandiyada keçirilən Velosiped üzrə Dünya Çempionatında iştirak edən İran təmsilçisi Məhəmməd Gəncxanlı yoxa çıxıb.

Gunaz.tv

Şotlandiyanın Qlazqo şəhərindəki otelini tərk edən Gəncxanlının  oteldən bütün əşyalarını özü ilə apardığı bildirilib.

Onun İrana geri qayıtmamaq üçün hoteli tərk etdiyi və Şotlandiya hökumətindən sığınacaq istəyəcəyi ehtimal edilir.

İran Velosiped İdmanı Federasiyasının mətbuat katibi Mahmud Vəfayi də açıqlamasınmda bunu təsdiq edib.

"Gəncxanlı Asiya çempionatında birinci yeri tutmağa əsas namizəd olduğu halda kimlərsə onu ölkəyə qayıtmaqdan imtina etmyə sövq ediblər",- Vəfayi bildirib.

Bundan öncə də onlarla iranlı idmançı ölkədəki hakim şərayitə görə beynəlxalq yarışlara getdikdən sonra ölkəyə geri dönməkdən imtina ediblər.

Qeyd edək ki, son illər iranlı idmançılar ölkədə idmançılara qarşı laqeydlik, idman federasiyalarının özbaşınalıqları və hökumətin onların İsrail idmançıları ilə yarışmalarına qadağa qoyması səbəbindən xarici ölkələrə sığınırlar.

Xüsusən son bir il ərzində narazı vətəndaşlara qarşı repressiyalara etiraz edən çox sayda idmançı beynəlxalq yarışlarda İran bayrağı altında çıxış etməkdən imtina edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar