SON XƏBƏRLƏR

İranda informasiyanın sərbəst dövriyyəsinə qadağa var- iranlı jurnalist

2023.08.16, 13:38
İranda informasiyanın sərbəst dövriyyəsinə qadağa var- iranlı jurnalist

İranda keçirilmiş "Jurnalistlərin Peşə Bağlılığı və Hüquqlarının Analizi" dəyirmi masasında İranlı jurnalist Məhəmməd Mühaciri İranda informasiyanın sərbəst dövriyyəsinə qadağanın olduğunu deyib.

Gunaz.tv

“Bütün dünyada informasiyanın sərbəst dövriyyəsi anlayışı var. Lakin bizim ölkədə hansısa bir jurnalist tənqidedici  bir xəbəri hazırlayarkən baş redaktor deyir ki, belə bir xəbər nəşr olunsa,  sabahısı gün qəzetı bağlayarlnar və sənin özünü də məhkəməyə çəkərlər. 

Biz həqiqətən də ölkədə informasiyanın sərbəst dövriyyəsinə qadağa ilə üzə-üzəyik. Demək olar,  bəzi ölkələri çıxılmaqla, dünyanın bir çox  ölkələrində jurnalist hətta prezident barədə də tənqidi məlumat yazsa,  məhkəməyə çağrılıb ölkənin təhlükəsizliyinə qarşı qəsdçilikdə ittiham olunmur. 

Bizdə isə belə deyil.  Bizi məhkəməyə çağırıb çoxmüddətli həbslər çıxarılsa da,  peşə şərəfinə əməl etməliyik. 

Hazırda ölkədə informasiya şəffalığı və informasiya sərbəstliyi  yoxdur və jurnalist təzyiqlərə məruz qalır.” -deyə Mühzciri tənqid edib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar