SON XƏBƏRLƏR

Təbrizli fəalların sərbəst buraxılması üçün girov təyin edilib

2023.08.18, 17:15
Təbrizli fəalların sərbəst buraxılması üçün girov təyin edilib

Avqustun 16-ı axşam saatlarında Təbrizin Səhənd (Yadiqari İmam) stadionunun qarşısında  həbs edilən milli fəalların müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmaları üçün hər birinə görə 900 milyon tümən girov istənilib.

Gunaz.tv

Məhbusların yaxınları bildiriblər ki, fəalların durumu ilə bağlı Təbrizin Ümumi və İnqilab Prokurorluğuna müraciət etdikləri zaman onlara girov barədə məlumat verilib.

Girov təyin edilməsinə baxmayaraq, Abdullah Ənsari, Kərim İsmayılzadə və Mehdi Nəsirzadənin harada saxlanıldıqları və ittihamları barədə hər hansı açıqlama məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, adı çəkiən milli-mədəni fəallar avqustun 16-ı axşam saatlarında "Traxtur" "Perspolis" qarşılaşması öncəsi Səhənd stadionunun qarşısında həbs ediliblər.
 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar