SON XƏBƏRLƏR

İranın üç əyalətində toz fırtınaları baş verib

2023.08.28, 15:05
İranın üç əyalətində toz fırtınaları baş verib

İranın Xorasan Rəzəvi, Gülüstan və Mazəndəra əyalətlərində baş verən toz fırtınaları həyatı iflic edib.

Gunaz.tv

İranın Ətraf Mühit Təşkilatının başçısı Əli Səlaciqə toz fırtınalarının Türkmənistandan qaynaqlandığını iddia etsədə, ekoloqlar bunun doğru olmadığını bildiriblər.

Tanınmış ekoloq Məhəmməd Dərviş mediaya verdiyi açıqlamada toz fırtınalarının yalnız 15%-nın Türkmənistandan qaynaqlandığını, 85%-nın mənbəinin İran olduğunu deyib.

"Türkmənsəhrada (Gülstan əyaləti) olan bütün su qaynaqları və göllər quruduğu üçün toz fırtınalarının əsas mənbəyinə çevriliblər"",- Dərviş bildirib.

Ekologiya və ətraf mühit üzrə mütəxəssis Mənsur Söhrabi quraqlıq və toz fırtınalarının hakimiyyətin yanlış siyasətləri nəticəsində meydana gəldiyini və bunun qonşu ölkələrədə zərər vurduğunu deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar