SON XƏBƏRLƏR

İranın neft borusu Körfəzi çirkləndirib

2023.08.28, 15:07
İranın neft borusu Körfəzi çirkləndirib

Buşehr Əyalətinin Ətraf Mühit İdarəsinin baş direktoru Əbdül Rəhmən Muradzadə Ginavə-Xarg adası neft borusunun sızdığını və Körfəz sularının çirkləndiyini bildirib.

Gunaz.tv

“Korfəzdə neft ləkələri müşahidə olunandan sonra onun qarşısını almaq və nəzarətə götürmək  üçün Limanlar və Naviqasiya Baş İdarəsinə məlumat verilib. 

Bölgəyə  2 üzgən texnika göndərilməklə ləkələri yığışdırmaq üçün əməliyyata başlanıb. Həmçinin,  dəniz döşəməsində neftin sızmasının qarşısını almaq məqsədi ilə dalğıc komandaları da göndərilib.” -deyə Muradzadə bildirib. 

Həmin dövlət rəsmi sızmanın səbəbləri və qarşısı alınıb- alınmadığı barədə məlumat bildirməyib.

Qeyd edək ki, Körfəzin həmin bölgəsində neft sızaması ilk dəfə deyil. 4 il öncə Xarg adasının sahillərində neft sızması ondan öncəkilərdən daha irimiqyası olmuşdu. 

Həmçinin, 2009-cu ildə Əbuzr neft yatağında sızmanın sahəsi 28 kilometr idi.  

Bu sızmalar dəfələrlə təkrarlansa da,  İran bu barədə qabaqlayıcı tədbirlər görmür.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar