SON XƏBƏRLƏR

Vərziqanda yol hadisəsi nəticəsində ölən alpinistlər anılıb

2023.08.30, 15:46
Vərziqanda yol hadisəsi nəticəsində ölən alpinistlər  anılıb

Bir neçə gün öncə Vərziqanda yol hadisə nəticəsində ölmüş alpinistlərin yas mərasimi keçirilib.

Gunaz.tv

Eynalı Dağı alpinistləri bir yerə toplaşaraq həlak olan dostlarını  anıblar.

Qeyd edək ki, Vərziqan rayonunda çıxarılan  mis  zavoddan  Kirmana daşınır və qazanc həmin əyalətə xərclənir. 

Bu zəngin yeraltı sərvət bölgədə yerləşdiyinə baxmayaraq faydaları bölgəyə deyil,  həmin əyalətə çatır. Hətta, bu bölgədə kiçik bir xəstəxana da tikilməyib.  Qeyd olunan yol hadisəsində ölənlərin Təbriz xəstəxanasına çatdırılması  üçün uzun məsafə qət olunur. 

Arxasında fars şovnizmi dayanmış İran koloniolizmi Güney Azərbaycanın sərvətlərini talayır , bölgəyə isə çox az miqdarı fayda dəyir.  

Xatırladaq ki, NATO-nun Genişlənməsi naminə Avropa Komitəsinin sədri Qunter Fehlinger Avropa imperializminin törətdiyi cinayətlərə görə dünya ictimaiyyətindən üzür diləyərək 

hazırkı zamanda koloniolist qalmış ölkələrin ancaq Rusiya, Çin, İran, müəyyən qədər də Hindistan və Braziliya olduğunu demiş və dünyanı koloniolizmə qarşı mübarizəyə çağırmışdır.
 
Taymaz

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar