SON XƏBƏRLƏR

Güneyli uşağa türk adına görə sənəd verilmir

2023.08.31, 11:16
Güneyli uşağa türk adına görə sənəd verilmir

Şərqi Azərbaycan əyalətinin Şəbistər bölgəsindən olan Hunay adlı uşağa kimlik sənədi verilmir.

Gunaz.tv

Bu barədə Hunayın atası Murtəza Nurməhəmmədzadə Pzünün sosial media hesabında paylaşım edib.

O, deyib ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi sənəd verilməməsini Hunayın yabancı ad olması ilə əlaqələndirib.

Qeydiyyat İdarəsi bildirib ki, Hunay adı İran adları siyahısında olmadığı üçün yabancı ad hesab edilir və bu adla sənəd tərtib etmək mümkün deyil.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirib, məhkəmələrə müraciət ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar