SON XƏBƏRLƏR

"Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi əsas hədəflərimizdəndir"

2023.09.01, 10:47
"Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi əsas hədəflərimizdəndir"

"Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi həm Mədəniyyət Nazirliyinin, həm Elm və Təhsil Nazirliyinin, həm də digər qurumların əsas hədəflərindən biridir. Bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda mədəniyyət naziri Adil Kərimli deyib.

Gunaz.tv

"Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında  nəzərə almaqdır", - deyə nazir əlavə edib.

O, qeyd edib ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində birgə işin təşkili müəyyənləşib:

"İlk dəfə olaraq Azərbaycan dilinin mədəniyyət sahəsində  əsas sahə kimi  müəyyənləşməsi nəzərdə tutulub. Nə qədər dilimiz kənar təsirlərdən təmizlənərsə, bir o qədər digər sahələr də inkişaf edəcək".

 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar