SON XƏBƏRLƏR

İnsan haqlarını pozan İran və digər iki ölkə Nobel ziyafətinə dəvət olunub

2023.09.01, 12:51
İnsan haqlarını pozan İran və digər iki ölkə Nobel ziyafətinə dəvət olunub

Nobel Fondu yenə İran, Rusiya və Belarus nümayəndələrini Norveçin paytaxtı Osloda keçiriləcək Nobel Mükafatı ziyafətində iştirak edəcək qonaqlar siyahısına salıb.

Gunaz.tv

Bu 3 ölkə ötən il Nobel Mükafatı tədbirində işirak üçün dəvt olunmayıb. Rusiya və Belarus “Rusiyanın Ukraynaya həmləsi”, İran isə “İnsan haqlarının pozulması” səbəbindən ziyafətə çağırılmış qonalqar siyahısından çıxarılmışdı.

Lakin Nobel Fondunun icraçı direktoru həmin Nobel lauriyatlarının mükafatlandırma dəvətini müdfaiə edərək bildirib: “Hətta dəyərlərdə bir- biri ilə fərqli olanların bu ziyafətdə iştirak etmələrini istəyirik”. 

İsveçin Avropa parliamentində liberal deputatı Fondun bu mövqeyini “çox yalnış” adlandırıb.

Karin Karlsbro həçminin Fondun bu qərarının “təhlükəli nəticələri” olacağı barədə xəbərdarlıq edib.

“Bu dəvət Rusiya raketlərinin Ukrayna xalqını və uşaqlarını  öldürdüyü bir halda Möskvaya yaşıl işıq göstərməkdir. 

İran, Rusiya və Belarus yağı ölkələrədir. Onlar öz vətəndaşlarına basqı edir, öldürür, qonşu ölkələrdə müharibə və terror oluşdurur. 

Onlar demokratik dəyərlərlə əsla razılaşmayan ölkələrdir”-deyə Karlsbro İsveçin dövlət radiosuna  müsahibəsində əlavə edib.

Xatırladaq ki, Nobel Mükafatı fizika, kimya, tibb, ədəbiyyat, iqtisad və sülh sahələrində bəşəriyyətə göstərdikləri fərqli  xidmətə görə əsasən alım şəxslərə təqdim olunur. 

 Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar