SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda quraqlıq olacaq

2023.09.05, 09:00
Şərqi Azərbaycanda quraqlıq olacaq

Şərqi Azərbaycan əyalətində ötən illə müqayisədə yağıntıların miqdarı 5-27% azaldığına görə quraqlıq və su qıtlığının artacağı gözlənilir. 

Gunaz.tv

Bu barədə əyalətin Meteoroloji Mərkəzinin müdiri Həbib Əbdüli məlumat verib.

"Şərqi Azərbaycan ən az yağış yağdığına görə ölkə üzrə 10-cu, temperatur artımına görə isə ikinci yerdədir",- Əbdüli bildirib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda Şərqi Azərbaycan əyalətində 240 kənd su çatışmazlığından əziyyət çəkir.

Ekoloqlar və müstəqil mütəxəssislər hazırda Şərqi Azərbaycanda 700 kənddə su qıtlığı yaşandığını, 360 kəndin isə bu səbəbdən tamamilə boşaldığını bildirirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar