SON XƏBƏRLƏR

İsveç İrana etiraz etdi

2023.09.05, 12:00
İsveç İrana etiraz etdi

Rəsmi Stokholm və Avropa Komissiyası İsveç vətəndaşının 500 gündən artıqdır ki, İranda qanunsuz həbsdə saxlanılmasını pisləyiblər.

Gunaz.tv

Bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

İsveç vətəndaşı 33 yaşlı Yuhan Flodrus 2022-ci ilin yazında İrana səfər edib. O, aprelin 17-də ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Bundan əvvəl İran Təhlükəsizlik Nazirliyi İsveç vətəndaşının casusluq ittihamı ilə həbs edildiyi barədə bəyanat yaysa da, onun kimliyini açıqlamamışdı.

Qeyd edək ki, İsveç məhkəməsinin keçmiş iranlı prokuror köməkçisi Həmid Nurini ömürlük həbsə məhkum etməsindən sonra İranda bir neçə İsveç vətəndaşı müxtəlif ittihamlarla həbs edilib.

İsveç vətəndaşının həbsinin Həmid Nuri ilə  dəyişdirilməsi məqsədi daşıdığı  ehtimal edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar