SON XƏBƏRLƏR

İran prezidentinin müavininin çıxışı istehza doğurdu

2023.09.06, 09:30
İran prezidentinin müavininin çıxışı istehza doğurdu

Davamlı olaraq qeyri-adi çıxışları ilə diqqət çəkən İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəli yeni təkliflə çıxış edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Ölkədə əhali artımının sürətinin azalmasından narahatlığını bildirən Xəzəli yeni təklif irəli sürüb.

"Ölkədə uşaq dünyaya gətirmək və əhalinin sayını artırmaq naminə qadınların gecə işləmələri qadağan edilsin",- prezidentin müavini bildirib.

O, hazırda yoxsul təbəqəyyə mənsub ailələrin daha çox uşaq dünyaya gətirdiyini, varlı təbəqənin bu sahədə geri qaldığını deyib.

Xəzəli bundan əvvəlsə 9 yaşlı qız uşaqlarına ailə qurmağa hazırlaşmaqları barədə verdiyi təkliflə gündəmə gəlmişdi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar