SON XƏBƏRLƏR

Honq Konqda leysan yağışlar nəticəsində 100-dən çox insan xəsarət alıb

2023.09.08, 13:03
Honq Konqda leysan yağışlar nəticəsində 100-dən çox insan xəsarət alıb

Honq Konqda leysan yağışlar nəticəsində 100-dən çox insan xəsarət alıb. Bu barədə yerli “South China Morning Post” nəşri yazıb.

Gunaz.tv

Nəşrin sözlərinə görə, xəsarət alanlardan 4 nəfərin (iki kişi və iki qadın) vəziyyəti ağırdır.

Həmçinin qeyd olunub ki, ötən gecə Honq Konq Meteoroloji Rəsədxanası son 139 ildə (1884-cü ildən indiyə qədər) ən güclü leysan yağışı və yüksək fırtına xəbərdarlığı verib.

Bu səbəbdən bu gün Honq Konq Birjasında ticarət əməliyyatları dayandırılıb, şəhərin məktəbləri bağlanıb.

Sakinlərə zərurət yaranmadığı təqdirdə evlərini tərk etməmək tövsiyə olunub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar