SON XƏBƏRLƏR

ETTELAAT milli fəalları təhdid edir

2023.09.12, 09:45
ETTELAAT milli fəalları təhdid edir

İranTəhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil əyalətindəki idarəsi milli fəallara, o cümlədən Behzad Dəştiyə zəng edərək onları təhdid edib.

Gunaz.tv

Fəalların verdiyi məlumata görə, ETTELAAT məmurları fəalların ailələrinə zəng edir, övladlarının hər hansı aksiyaya qoşulmalarının,  fəaliyyət göstərmələrinin qarşısını almağı  tələb edir.

Bildirilir ki, ailələr əks təqdirdə övladlarının həbs ediləcəyi ilə təhdid olunur.

Bir neçə həftə əvvəl başlayan bu prosesin son vaxtlar daha sürətləndiyi və çox sayda fəalın ailəsinə təhdid zəngləri edildiyi qeyd olunub. 

Bunun 2022-cü ilin sentyabrın 17-dən İranda başlayan etiraz aksiyalarının ildönümü ilə bağlı olduğu ehtimal edilir. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar