SON XƏBƏRLƏR

ETTELAAT naziri: "Düşmən sistemi devirmək istəyir"

2023.09.12, 16:39
ETTELAAT naziri: "Düşmən sistemi devirmək istəyir"

İranın təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib ölkədə yeni aksiyaların başlanacağı barədə xəbərdarlıq edib.

Gunaz.tv

O, mediaya verdiyi açıqlamada düşmən adlandırdığı qüvvə və ölkələrin İranda hakimiyyəti devirmək istədiklərini və bundan azına qane olmayacaqlarını iddia edib.

Nazir deyib ki, İrana düşmən ölkələr gənclər arasında islami yaşayış tərzini dəyişməyə çalışırlar.

"Aksiyalar zamanı saxlanılan gənclərin yaşayış səbəkləri və vəziyyətləri bunun bariz nümunəsidir",- İsmayıl xətib deyib.

Qeyd edək ki, 17 sentyabr 2022-ci ildə başlayan ümumi etiraz aksiyalarının ildönümü yaxınlaşdıqca Tehran rəsmilərinin ittihamedici bəyanatları artır.

Onlar keçirilməsi gözlənilən ümumi etiraz aksiyalarının xarici ölkələr tərəfindən idarə olunduğu görüntüsünü yaradaraq, repressiyalara bəraət qazandırmağa çalışırlar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar