SON XƏBƏRLƏR

İsmayıl Xətib xaricdəki müxalifət mediasını hədələdi

2023.09.18, 12:09
İsmayıl Xətib xaricdəki müxalifət mediasını hədələdi

İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib xaricdə fəaliyyət göstərən müxalifət mediasını təhdid edib.

Gunaz.tv

Bu barədə İran televizyasına müsahibəsində deyib.

"İran hökuməti harada və nə vaxt lazım bilsə, bu şəbəkəyə qarşı tədbir görəcək və hücumçu təhlükəsizlik tədbirləri həyata keçirəcək",- Xətib bildirib.

O, deyib ki, bir sıra ölkələrin qeyd olunan media qurumlarını dəstəkləməsi İranın onlara qarşı hücumunu əngəlləyə  bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl İran təhlükəsizlik məmurları, SEPAH və onlara bağlı cinayətkar dəstələrin xarici ölkələrdə fəaliyyət göstərən mediaya qarşı terror planları barədə xəbərdarlıqlar edilib.

Britaniya və İngiltərənin rəsmi qurumları İranın bu ölkələrdə yaşayan və dinc fəaliyyət göstərən mühacir və media mənsublarına qarşı təhlükələr barədə açıqlamalar veriblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar