SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib

2023.09.18, 15:06
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib

Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevərləri 18 sentyabr – Milli Musiqi Günü münasibətilə təbrik edib.

Gunaz.tv

"Bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir.

Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır.

Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir"-təbrikdə deyilir. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar