SON XƏBƏRLƏR

Qorqan şəhərinə PUA düşüb

2023.09.18, 15:10
Qorqan şəhərinə PUA düşüb

Türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətinin Qorqan şəhərində yaşayış məntəqəsinə partlayan PUA qalıqları düşüb.

Gunaz.tv

Yerli mənbələrin verdiyi məlumata görə, iki nəfər yaralanıb, güclü partlayış nəticəsində ətrafdakı evlərin və avtomobillərin şüşələri sınıb, sakinlər arasında təşviş yaranıb.

PUA-nın hansı ölkə və ya quruma bağlı olduğu barədə heç bir açıqlama verilməsə dı, onun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirilib.

Hadisə yerinə çox sayda SEPAH rəsmiləri və təhlükəsizlik məmurları toplaşıb, yollar bağlanıb.

Bununla yanaşı Gülüstan əyalətinin valiliyi Qorqan xəstəxanasına minaatan mərmi düşdüyü barədə məlumat verib.

Mərminin partlamadığı və məsələ ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar