SON XƏBƏRLƏR

İrəvanda kütləvi həbslər başladı

2023.09.21, 10:11
İrəvanda  kütləvi həbslər başladı

Ermənistanın paytaxtı İrəvanın “Respublika” meydanında 1 saylı Hökumət Evinin qarşısında keçirilən aksiyada iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb.

Gunaz.tv

Azvision.az saytının yazdığına görə,  aksiya zamanı etirazçıların iğtişaşlara dair ictimai çağırışlarından sonra saat 21:30 radələrində mitinq iştirakçıları hökumət binasının girişinə yaxınlaşıblar.

Aksiyaçılar polisin tələbinə tabe olmayaraq, ictimai təhlükəsizliyi təhlükə altına alan iğtişaşlara başlayıblar.

Məlumata görə, xüsusən bir qrup şəxs hökumət binasını mühafizə edən polis əməkdaşlarına hücum edib. Bu zaman tərəflər arasında qarşıdurma baş verib.

Toqquşmalarla bağlı bir neçə nəfər şübhəli şəxs qismində həbs olunub.

Ermənistanın İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb.

Hazırda araşdırma aparılır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar